Gənc psixoloq-yazar Qubada kitabının təqdimatını keçirəcək. Bu barədə ShimalNews 22 noyabr tarixində “Azərkitab”-a istinadən məlumat verir.

Ovadya təxəllüslü yazıçı Tural “Özünə yaxşı bax” adlı əsəri ilə kitabsevərlərlə görüş keçirəcək. Tədbir “Azərkitab” mərkəzinin Quba filialı və “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Ünvan: Ərdəbil küçəsi, 36.

Məkan: “Azərkitab”ın Quba filialı.

Tarix: 25.11.2022.

Vaxt: 11:30.

Giriş sərbəstdir.