“ASAN xidmət” mərkəzinin könüllülər üzrə məsul şəxsləri Qubada təhsil alan tələbələr ilə görüşüblər. Bu barədə ShimalNews 22 noyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

Görüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının 200-dən çox tələbəsi iştirak edib. Gənclərə mərkəzdə könüllülərlə işin təşkili barədə məlumat verilib. “ASAN könüllüləri” bu günə qədər vətənpərvərlik, dövlətçilik, təhsil, ekologiya, sosial, mədəniyyət, eləcə də fərdi inkişaf istiqamətində müxtəlif yerli və beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısı qismində çıxış ediblər.