Quba-Xaçmaz yolunda minik və yük avtomobilləri toqquşub. Bu barədə ShimalNews 22 noyabr tarixində xəbər verir.

Hadisə noyabrın 21-i saat 18:00 radələrində Alekseyevka kəndi ərazisində baş verib. Şahidlərin sözlərinə görə, “VAZ-21099”-un yoluna “Ford” çıxıb və sürücü toqquşmanın qarşısını almaq üçün manevr edərək idarəetməni itirib. Avtomobil həmin vaxt dönmə manevri edən T.I.R.-ə çarpılıb.

Əraziyə polis və sığorta əməkdaşları cəlb olunublar.