Qubada saat 15:00 radələrində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 22 noyabr tarixində məlumat verir.

Hadisə Timiryazev kəndi ərazisində baş verib. “VAZ-21099” və “Volkswagen” markalı avtomobillər toqquşub. Avtomobillər deformasiyaya uğrayıb.

Əraziyə YPX əməkdaşları cəlb olunublar. Xəsarət alan yoxdur.

Şahidlərin sözlərinə görə, “099” düz xətti tapdalayaraq ötmə əməliyyatı edirdi. Bu zaman avtomobil dönmək istəyən “Volkswagen”ə çarpılıb.