Bu gün Quba Rayon İcra Hakimiyyətinin başçısı Qımılqışlaq kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Bu barədə ShimalNews 22 noyabr tarixində adıçəkilən quruma istinadən məlumat verir.

Qəbulda İcra başçısı Ziyəddin Əliyev, rayon polis şöbəsinin rəisi, rayon prokuroru, İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Burada vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti şəxslərə yerindəcə tapşırıqlar verilib.