Quba rayonunda “Kənd təsərrüfatında innovasiyalar” sərgisi keçirilib. Bu haqda ShimalNews 22 noyabr tarixində Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.

Nizami adına Mədəniyyət və İstirahət parkında baş tutan tədbirdə icra başçısı Ziyəddin Əliyev, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, bir sıra digər müvafiq qurumların nümayəndələri, müxtəlif bölgələrin fermerləri və Quba rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdən sonra Alpan kənd tam orta məktəbində aqrar məsləhət xidmətinin gücləndirilməsi sahəsində təşkil olunmuş sinfin açılışı keçirilib.

Sərgi Quba Rayon İcra Hakimiyyəti və Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin təşkilatçılığı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə təşkil edib.