İsmayıllı rayonunda narkomaniyaya qarşı maarifləndirmə tədbirləri keçirilib. Bu barədə ShimalNews 22 noyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

Tədbir 6 nömrəli tam orta məktəbdə təşkil edilib. Tədbirlərdə İsmayıllı Rayon Polis Şöbəsinin polis mayoru Rahim Orucov, RPŞ-nin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. Qonaqlar “narkomaniya əsrimizin bəlasıdır”, “ailə-məişət zorakılığı”, “insan alveri” mövzularında şagirdlər ilə maarifləndirici söhbətlər aparıblar.

Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.