İsmayıllıda gecə saatlarında avtomobil dirəyə çarpılıb. Bu barədə ShimalNews 22 noyabr tarixində Report-a istinadən məlumat verir.

Şəhər ərazisində Mican kənd sakini Elşən Yusiflinin idarə etdiyi “VAZ-2107” markalı avtomobil işıq dirəyinə çarpılıb. Nəticədə sürücü və onun həmkəndlisi olan sərnişin Gündüz Rəcəbov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə ilə əlaqədar İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.