İsmayıllı rayonunda Ədliyyə İşçilərinin peşə bayramı günü qeyd edilib. Bu barədə ShimalNews 22 noyabr tarixində rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.

Hüquq-mühafizə və ədliyyə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən ədliyyə işçiləri Heydər Əliyevin abidəsini ziyarət ediblər. Onlar abidənin önünə gül dəstələri qoyublar və xatirəsini ehtiramla yad ediblər.