Xaçmaz-Xudat yolunda ağır avtomobil qəzası baş verib. Bu barədə ShimalNews 21 noyabr tarixində sosial şəbəkələrdə yayılan məlumata istinadən xəbər verir.

Şahidlərin sözlərinə görə, hadisə T.İ.R. yanacaqdoldurma məntəqəsindən çıxanda baş verib. “Opel” markalı avtomobil Xudatdan gələn zaman yük avtomobilinə çarpılıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.