Xaçmaz Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxu zalında “Ulduzlar” ədəbi məclisinin növbəti məşğələsi keçirilib. Bu barədə ShimalNews 21 noyabr tarixində adıçəkilən məclisə istinadən məlumat verir.

Tədbirdə şairlər öz yeni şeirlərini oxuyublar. Mehrəli Qulu “Qısa təmsillər”ini, Sabir Nemətov “Təəssüratlar”, “Bizi”, AJB-nin üzvü Telman Gülər Təravət “Mənə dəlilər ağlasın”, “Şəhid evi”, “Yerindədir”, Şahnəzər Ələsgərov “Payız lövhələri”, “Qızım”, “Oğlum”, Səyyad Sərraf “İtmişəm”, “Araz”, Pənah Elqəm “Olmur”, Böyükağa Ağa “Sabiranə Sabir”, “Qorxmuram”, Xəyalə Yağışlı “Şəhidlər”, “Yer üzünün tanrısı”, “Zaman buz görüşündə” şeirlərini, AJB-nin üzvü Mövlud Ağamməd “Dəmidir” qəzəlini, “Mənimçün” qoşmasını, Nəzər Mirzəyev “Teo fəlsəfəsinin qurbanları” alleqorik hekayəsini, Nadir Zamanov “Anam mənim”, “İntizar eşq”, AYB-nin üzvü Cümşüd Aydəmirov “Oyatma”, “Cənnət quşları”, “Dəmir yumruq”, Fərzalı Ziyanur “Sığınmışam sənə”, AYB-nin üzvü Məmməd Qədir “Çıxım gedim dünyadan”, “Təmizləyirəm” şeirlərini oxuyublar. Sonra müzakirələr aparılıb.

Eləcə də tədqiqatçı jurnalist Füzuli Baratov “Bütöv Azərbaycan” qəzetində dərc olunmuş məqaləsi haqqında danışıb.