Xaçmazda KOBİM tərəfindən növbəti ödənişsiz təlimlər keçiriləcək. Bu barədə ShimalNews 21 noyabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə istinadən məlumat verir.

Seminarlar noyabrın 25-nə planlaşdırılıb. “Kənd təsərrüfatı mallarının sertifikatlaşdırılması və ixracı” mövzusunda seminar saat 10:00-da, “Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracı” seminarı saat 14:00-da baş tutacaq. Təqdimat Sərkan Şimşək tərəfindən olacaq.

Qeydiyyata düşmək üçün 055 225 35 71 nömrəsi ilə əlaqə saxlamaq olar.