Xaçmaz şəhərində 156 kv.m sahəsi olan birmərtəbəli ev yanıb. Bu barədə ShimalNews 21 noyabr tarixində məlumat verir.

Hadisə Həsən Seyidbəyli küçəsində qeydə alınıb. 4 otaqlı evin mətbəxi, içərisindəki əşyalar və dam örtüyü yanıb. Evin qalan hissəsi FHN-in bölmələri tərəfindən mühafizə olunub.

Yanğın söndürülüb.