Xaçmaz şəhərində bıçaqlanma hadisəsi baş verib. Bu barədə ShimalNews 21 noyabr tarixində Bizim.Media-ya istinadən məlumat verir.

Məlumata görə, 32 yaşlı Etibar Ramazanov 47 yaşlı İmran Osmanova bıçaq zərbəsi vurub. Yaralı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Hadisənin şəxsi mübahisə zəminində baş verdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.