Xaçmaz şəhərində Atatürk, Şəmsəddin Sultanov, M.Ə.Rəsulzadə və digər küçələrdə asfaltlama işləri yerinə yetirilməkdədir. Bu barədə ShimalNews 21 noyabr tarixində şəhər İƏD-yə istinadən xəbər verir.

Küçələrdə avtomobillərin hərəkətinə maneələr yaradan çalalar təmir edilərək asfaltla doldurulur. Növbəti mərhələdə Atatürk küçəsinin əsaslı təmiri, asfalt örtüyünün döşənilməsi nəzərdə tutulub.

İlin əvvəlində adıçəkilən küçələrdə yolların sıradan çıxmasını ShimalNews gündəmə gətirmişdir.