Xaçmazda fəaliyyət göstərəcək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) yeni laboratoriyasında çalışmaq istəyən namizədlərlə görüş keçiriləcək. Bu barədə ShimalNews 21 noyabr tarixində instituta istinadən məlumat verir.

İşə qəbulla bağlı görüş noyabrın 26-da saat 10:00-da agentliyin inzibati binasında (ünvan: Xaçmaz şəhəri, Rauf Babayev, 7) baş tutacaq.

Bura Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonlarında yaşayanlar iştirak edə bilərlər. Onlar qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, aqronomluq, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, zootexniklik, bitki mühafizəsi, tibbi profilaktika, kimya, biologiya, aqrokimya və torpaqşünaslıq ixtisasları üzrə təhsil almış şəxslər olmalıdırlar.

Görüşdə iştirak edəcək namizədlərdən özləri barədə məlumatların əks olunduğu anket formasını (CV) gətirmək xahiş edilir.