Sabah Qubaya Türkiyədən psixoloqlar təşrif buyuracaqlar. Onlar müharibədən və erməni terrorundan fiziki-mənəvi zərər görmüş vətəndaşlara psixoloji yardım göstərəcəklər. Bu barədə ShimalNews 21 noyabr tarixində məlumat verir.

Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, o cümlədən doğmalarını itirmiş şəhid ailələri üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Türkiyədən 3, Bakıdan 1 nəfər peşəkar psixoloq dəvət edilib.

Müraciət etmək istəyənlər noyabrın 22-si saat 10:00-da Quba şəhəri, H.Əliyev Mərkəzinə yaxınlaşa bilərlər.