Qusar rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Bu barədə ShimalNews 21 noyabr tarixində məlumat verir.

Hadisə Qusar-Həzrə yolunun Hil kəndindən keçən ərazisində qeydə alınıb. “VAZ-2107” və “Hyundai Tucson” markalı minik avtomobilləri toqquşub.

Nəticədə 29 yaşlı Kamil Ədilxanov ölüb, 27 yaşlı Tural Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.