Quba rayonunun Kardaş kəndinin sakinlərinin istifadə etdiyi taxta körpü yararsız haldadır. Bu barədə ShimalNews 21 noyabr tarixində Xəzər TV-yə istinadən məlumat verir.

Cağacuq çayı kəndi 2 yerə ayırır. Onun bir hissəsi çayın sağ sahilində, digər hissəsi isə sol sahilində yerləşir. Burada 35 ev, 160 nəfərdən çox əhali var. Kəndlilər ip üzərinə bərkidilmiş qırıq taxtaları olan körpü ilə hərəkət edirlər. O isə 40 il əvvəl düzəldilib.

Quba Rayon İcra Hakimiyyətindən bildirilib ki, həmin körpü Rustov kənd bələdiyyəsinin balansındadır.

Məsələ ilə bağlı bələdiyyənin sədri Aydın Kazımov açıqlama verib. O deyib ki, büdcədə hazırda vəsait yoxdur. Lakin körpünün yaxın vaxtlarda təmir olunması planlaşdırılır.