Qubanın İspik kənd sakinlərinin illərdir yoldan çəkdikləri əziyyət bitmək üzrədir. Bu barədə ShimalNews 21 noyabr tarixində məlumat verir.

Hazırda 11 saylı yol istismar idarəsinin texnikası və canlı qüvvəsi asfaltlama işlərini icra edir. Təmir təxminən 6-7 km məsafəni əhatə edəcək.

Daha öncə Zərdabi qəsəbəsində qəbiristanlıq (çay) yolunun asfaltlanması haqqında məlumat vermişdik.