Yeni ildə Azərbaycan vətəndaşları dincəlmək üçün, əsasən, regionlarımıza üz tuturlar. Bu barədə ShimalNews 21 noyabr tarixində Trend-ə istinadən xəbər verir.

Turizm üzrə ekspert Rəhman Quliyevin sözlərinə görə, yerli turistlər, əsasən, şimal bölgələrinə səfər etməyi üstün tuturlar. Əsasən də Quba, Qusar və digər rayonlara. Həmin bölgələrdə bayram günləri hotellərdə doluluq səviyyəsi yüksək olur. Bunun da əsas səbəbi quru sərhədlərin bağlı olmasıdır.

Ekspert bildirib ki, hazırda Quba və Qusar bölgəsində yerləşən beşulduzlu hotellərdə 30 dekabrdan 3 yanvara qədər olan qiymətlər 1 nəfər üçün günü 400 manatadək dəyişir. Lakin bu qiymətlərin artacağı da istisna deyil.