Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev İspik kəndinə səfər edib. Bu barədə ShimalNews 21 noyabr tarixində şəhər İH-yə istinadən xəbər verir.

İcra başçısı kənd sakinləri ilə görüşüb. Eləcə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulmasına və asfaltlanmasına başlanmış Quba-İspik avtomobil yolunda işlərin gedişatı ilə yerində tanış olub.

Daha öncə sözügedən yolun təmiri haqqında xəbər vermişdik.