İsmayıllı şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 21 noyabr tarixində DİN-in mətbuat xidmətinə istinadən məlumat verir.

Məlumata görə, qəza axşam saatlarında görmə məhdudiyyəti olan ərazidə qeydə alınıb. Sürücü Arif Mirzəyev idarə etdiyi “Toyota” markalı avtomobil ilə yolu keçən 43 yaşlı Mərdan Əhmədovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

İlkin araşdırma zamanı piyadanın sərxoş olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.