“Həmrəy könüllü” layihəsi çərçivəsində xaçmazlı gənclər Qubaya gəliblər. Bu haqda ShimalNews 19 noyabr tarixində Quba Gənclərinə istinadən məlumat verir.

Gənclərin tanış olmaqları üçün müxtəlif oyunlar təşkil edilib. Gənclər maraqlarını, hobbilərini, gündəlik gördükləri işləri və digər məlumatları bir-biri ilə bölüşüblər. Bundan sonra onlar qarışıq komandalar şəklində yarışıblar.

Sonda ən yüksək nəticə göstərən komandaya hədiyyələr təqdim olunub.