Qusar Olimpiya İdman Kompleksində futbol üzrə Dünya çempionatı həyəcanını izləmək olar. Bu barədə ShimalNews 19 noyabr tarixində kompleksə istinadən xəbər verir.

Çempionat noyabrın 20-də start götürəcək. Bütün qarşılaşmaları kompleksin geniş ekranlı televizorunda yaxın dostlarınızın əhatəsində izləyə bilərsiniz.

İlk günün proqramı: 20 noyabr, A qrupu, saat 20:00-da, Qətər – Ekvador.