Qusar sakinindən narkotik vasitə, beşbarmaq və bıçaq aşkarlanıb. Bu barədə ShimalNews 19 noyabr tarixində Report-a istinadən xəbər verir.

Rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Nəticədə narkotik vasitələrin istifadəsi, əldə edilməsi, saxlanması və daşınmasında şübhəli bilinən rayon sakini Samir Ələskərov saxlanılıb.

Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilib. Bu zaman yarım kiloqrama yaxın narkotik vasitə olan marixuana, bıçaq və kastet (beşbarmaq) aşkar olunaraq götürülüb.

Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə Samir Ələskərovun barəsində həbs qətimkan tədbiri seçilib.