Qusar sakinində narkotik vasitə aşkarlanıb. Bu barədə ShimalNews 19 noyabr tarixində Report-a istinadən xəbər verir.

Rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Nəticədə narkotik vasitələrin istifadəsində şübhəli bilinən rayon sakini Ruhid Babayev saxlanılıb.

Məhkəmənin qərarı ilə saxlanılan şəxs inzibati qaydada həbs edilib.