Qubada “Mən kiməm?” adlı motivasiya təlimi keçirilib. Bu haqda ShimalNews 19 noyabr tarixində Quba MKS-yə istinadən məlumat verir.

Tədbir mərkəzi kitabxananın oxu zalında təşkil edilib. Kitabxananın fəal oxucusu, layihə rəhbəri Aynur Tağıyeva fərdi motivasiya təlimlərinin gənclərin daxili potensiallarını üzə çıxarmağa və inkişaf etdirməyə, həmçinin özünə inamın formalaşmasına kömək etdiyi barədə iştirakçılara ətraflı məlumat verib.

Təlimin məqsədi gənclərin sosial və fərdi inkişafına nail olmaq, sağlam gənclik mühitini formalaşdırmaq, onların asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.