İsmayıllıda Vətən Müharibəsi şəhidi Etibar Şirinovun adını daşıyan küçənin açılışı olub. Bu barədə ShimalNews 19 noyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

İvanovka kəndində baş tutan mərasimdə hüquq-mühafizə orqanları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, şəhid ailələri və kənd sakinləri iştirak ediblər. Qonaqlar şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Etibar Şirinov 27 avqust 1993-cü ildə İsmayıllı rayonunun İvanovka kəndində doğulub. O, müharibəyə könüllü olaraq qatılıb. Şirinov 9 noyabr 2020-ci ildə Zəngilan rayonu ərazisində azad olunmuş kəndlərin birində nəzarət işini təşkil edərkən, orada gizlənmiş mənfur düşmənin gülləsinə tuş gələrək şəhidlik zirvəsinə uçalıb. O, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.