Qubada tələbələr üçün peşəyönümü təlimi keçirilib. Bu haqda ShimalNews 19 noyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

“Karyera planlaması” mövzusunda təlim Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialı tərəfindən təşkil edilib. ADPU-nun sonuncu kurs tələbələrinin iştirak etdiyi seminarda karyera planlaması və onun üstünlükləri, karyera nəzəriyyələri, özünü tanıma və VİSA aləti, temperament tipləri, əmək bazarı və gələcəyin işi, S.M.A.R.T məqsədlər və s. mövzular barədə məlumat verilib.

Tədbirin əsas məqsədi tələbələrin karyera planlamasına istiqamət vermək, eləcə də peşə seçimində dəstək olmaqla inkişaflarına töhfə verməkdir.