Dövlət İmtahan Mərkəzinin Xaçmaz regional bölməsində müsahibələr davam edir. Bu haqda ShimalNews 19 noyabr tarixində quruma istinadən məlumat verir.

Belə ki, bölmədə “Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması” prosesinə müraciət edərək qeydiyyatdan keçmiş namizədlərlə görüşlər keçirilir. Müsahibədən uğurla keçən namizədlər növbəti mərhələyə keçirlər. Burada iştirakçıların ümumi intellekt səviyyəsinin yoxlanılması üçün ilkin test imtahanı aparılacaq.

Sertifikatlaşdırılma prosesinə qoşulmaq istəyən şəxslər 20 noyabr 2022-ci il tarixinə qədər elektron qeydiyyatdan keçməlidirlər.