Qusarda dişi ağrıyan pişik sahibinə 3 həftə baş ağrısı verib. Bu haqda ShimalNews 19 noyabr tarixində məlumat verir.

Hadisə oktyabrın 31-i qeydə alınıb. Baytar-həkimin qəbulunda Məstan qorxaraq sahibinin əlindən çıxıb qaçıb. Şəhər ərazisində pişiyin axtarıldığı barədə və tapana mükafat veriləcəyi haqqında elanlar yayılmışdır.

Nə az ,nə çox, 18 gündən sonra 1 nəfər zəng edərək pişiyin onda olduğunu söyləyib və heyvanı sahibinə qaytarıb.