Xaçmaz rayonunda yanğın nəticəsində “BMW” və “Mercedes” markalı minik avtomobilləri yanıb. Bu haqda ShimalNews 18 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.

Hadisə Xudatda, sahəsi 220 kv.m olan ikimərtəbəli müxtəlif təyinatlı obyektdə baş verib. Burada avtomobil təmiri sexi kimi fəaliyyət göstərən müəssisədə 36 kv.m sahədə tavan yanıb. Həmçinin təmirə dayanan “BMW” markalı minik avtomobilinin salonu alovlanıb. Yüksək temperaturdan “Mercedes” markalı minik avtomobilinin bamperi əriyib.

Əraziyə cəlb olunan FHN-in əməkdaşları obyektin və avtomobillərin qalan hissəsini yanğından mühafizə ediblər.