Xaçmazda “Şahidə çevirilən şəhid” tamaşası nümayiş olunacaq. Bu barədə ShimalNews 18 noyabr tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.

Tamaşa 2 hissədən ibarət dramatik novelladır. Onu seyr etmək istəyənlər noyabrın 25-i, saat 15:00-da Mədəniyyət Mərkəzinə gələ bilərlər.

Ünvan: M.Ə.Rəsulzadə küçəsi, 8.

Biletləri mərkəzin kassalarından əldə edə bilərsiniz.