Xaçmaz şəhərində 20 Yanvar küçəsinin asfaltlanması davam edir. Bu barədə ShimalNews 18 noyabr tarixində şəhər İƏD-yə istinadən xəbər verir.

Bərpa işləri ilə əlaqədar ərazidə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Xüsusi texnika vasitəsilə yolun üst qatı qaşınaraq ərazidən kənarlaşdırılır. Eləcə də canlı qüvvə zəruri işləri icra edir. Artıq bəzi yerlərə asfalt qatı çəkilir.

Daha öncə adıçəkilən ərazinin təmirə ehtiyacı olması haqqında məlumat vermişdik.