Xaçmazda ağacların qanunsuz kəsilmə faktı müəyyən edilib. Bu haqda ShimalNews 18 noyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, ağacların kəsilməsi faktı Xaçmaz rayonunda vətəndaş Çigali Yüzbəyliyə məxsus ərazidə aşkar edilib.
Faktla bağlı akt tərtib edilib. Məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.