Xaçmazda 75 yaşı tamam olan şairə Fəxri Fərman təqdim edilib. Bu haqda ShimalNews 18 noyabr tarixində Xaçmaz RİH-yə istinadən məlumat verir.

İcra başçısı Elnur Rzayev şair Sabir Nemətovla görüşərək yubiley münasibətilə təbrik edib. Qəbul zamanı icra başçısı 75 yaşı tamam olan şair Sabir Nemətovu Fəxri Fərman və qiymətli xatirə hədiyyəsi ilə mükafatlandırıb.