Bölgəmizdə qədim ənənələrdən biri də tikintidə sarı şirədən istifadə etmək olub. Unudulmağa doğru gedən adət haqqında ShimalNews 18 noyabr tarixində məlumat verir.

İndiki müasir divar boyaları sarı şirənin əvəzinə gəlib, amma ona hələ də rast gəlmək olur. Şirəli evlər təravətli, bol oksigenli və özünəməxsus qoxuya malik olur. Onu, əsasən, yaz aylarında, yağışlar bitdikdən sonra istifadə edirlər.

Sarı şirə – dağlıq ərazilərdə yığılan gil-qaya parçalarıdır. İnsanlar onu toplayır, sonra suda həll edib xüsusi dəri parça ilə lazımi səthə yayırlar. Bu gil divarlarda çatları doldurmaq üçün də istifadə edilib.

Şimalın sakinləri az olsa da, bəzi yerlərdə hələ də təravətli sarı divarlara rast gəlmək mümkündür.

 

Unudulmaqda olan ənənə şimalda evlərin sarı şirə ilə boyanması
Photo Shimal.News
Unudulmaqda olan ənənə şimalda evlərin sarı şirə ilə boyanması
Photo Shimal.News