Quba, Qusar və Xaçmazda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən monitorinqlər aparılıb. Bu barədə ShimalNews 18 noyabr tarixində quruma istinadən məlumat verir.

Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 98 sahibkarlıq subyektində həyata keçirilən planlı və plandankənar yoxlamalar keçirilib. Adıçəkilən rayonlarda yerləşən 4 müəssisədə bir sıra nöqsanlar müəyyən olunub.

Yoxlama nəticəsində qanun pozuntusu aşkar edilmiş qida obyektləri:

Sahibkarlıq subyekti

Ünvan

Fəaliyyət sahəsi

Aşkar olunan nöqsanlar

Görülən tədbir

İlkin istehsal obyektləri

1

Məhərrəmova İradə Əmir qızı

Qusar rayonu, Xurəl kəndi

Meyvə bağı

Sanitar norma və qaydaların pozulması

İnzibati protokol tərtib olunub

2“GF Company” MMCQusar rayonu, Kuzunqışlaq kəndiTumlu və çəyirdəkli meyvələrin becərdilməsiSanitar norma və qaydaların pozulmasıİnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib

İctimai iaşə müəssisələri

3

İbrahimov Elşad Tofiq oğlu

Quba rayonu, Quba şəhəri, M.Qorki küç., ev 42

Çayxana

Sanitar norma və qaydaların pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi

İnzibati protokol tərtib olunub

Ticarət obyektləri

4

Əhmədov Ramil Alim oğlu

Xaçmaz rayonu, bazar ərazisi

Pestisid və aqrokimyəvi maddələrin satışı mağazasıSaxlanma müddəti bitmiş məhsulların satışıİnzibati protokol tərtib olunub