Şahdağ Milli Parkının İsmayıllı bölməsində maralların və qızıl payızın füsünkar mənzərəsinin görüntüləri yayılıb. Bu barədə ShimalNews 18 noyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.

Bu barədə ETSN-in mətbuat katibi İradə İbrahimova paylaşım edib. Bu ayın 11-i reintroduksiya layihəsi çərçivəsində ilk maralların parkın ərazisinə buraxılması mərasimi keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.

Bildirilib ki, heyvanların xüsusi ayrılmış yerdə adaptasiya dövrü keçməsi və daha sonra ölkənin müxtəlif bölgələrində, maralın tarixən məskunlaşdığı yerlərdə təbiətə buraxılması nəzərdə tutur.

Şahdağ Milli Parkının sakinləri və təbiəti lentə alınıb
Foto ETSN
Şahdağ Milli Parkının sakinləri və təbiəti lentə alınıb
Foto ETSN