Qusarda işsiz və işaxtaran şəxslər üçün əmək yarmarkası keçiriləcək. Bu barədə ShimalNews 18 noyabr tarixində Dövlət Məşğulluq Agentliyinə istinadən məlumat verir.

“Şahdağ Turizm Mərkəzi” QSC-də (Shahdag Mountain Resort – Şahdağ Turizm Mərkəzi) işə qəbul olunmaq istəyənlər aşağıda göstərilən tarixdə müvafiq filiala yaxınlaşa bilərlər. Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.

Tədbir noyabrın 22-si saat 11:00-da Heydər Əliyev Mərkəzində (Mirzə Vəliyev küçəsi, 6) baş tutacaq. Burada iştirak edən namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. CV nümunələrinin olması isə arzuolunandır.

CV-ni tərtib etmək istəyənlər Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (www.cvyarat.az) yararlana bilərlər.