Ermənilərin törətdiyi təxribat nəticəsində şəhid olan qubalı gizir Orxan Cabarovun il mərasimi keçirilib. Bu barədə ShimalNews 18 noyabr tarixində Quba Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.

Şəhidlər xiyabanında mərd oğlumuzun məzarı ziyarət olunub. Mərasim isə Davudoba kəndində baş tutub.

Burada icra hakimiyyətinin məsul şəxsləri, təşkilatların rəhbərləri, rayonun hüquq-mühafizə orqanları və digər idarə, müəssisə rəhbərləri, şəhid ailələri, qazilər, rayon və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

2021-ci il noyabrın 16-da Orxan Kəlbəcər istiqamətində gedən savaşda şəhid olub. O, prezidentin Sərəncamına əsasən, ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.