Quba rayonunda oğlunu qətlə yetirməkdə ittiham olunan şəxsin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu barədə ShimalNews 18 noyabr tarixində Qafqazinfo-ya istinadən məlumat verir.

Mayın 2-si 65 yaşlı Nüsrət Vahabov mübahisə zamanı oğlunu öldürmüşdür. O, 35 yaşlı Sərraf Vahabovu ürəyindən bıçaqla vurmuşdur.

Məhkəmənin qərarına görə, N.Vahabov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Daha öncə bu hadisə ilə bağlı məlumat vermişdik.