Qubanın Susayqışlaq kəndində yollara çınqıl səpilir. Bu barədə ShimalNews 18 noyabr tarixində xəbər verir.

İşlər yerli icra nümayəndəliyi və bələdiyyə tərəfindən yerinə yetirilir. Kənd məktəbi və qəbiristanlıq yoluna daş tökülərək hamarlanır. Ərazidə texnika və canlı qüvvə çalışır.

Sakinlər bildirirlər ki, əvvəllər küçələrdən keçmək olmurdu. Yağış və qar yağanda yollarda palçıq və gölməçələr əmələ gəlirdi.