Qubada “Milli istiqlal şairi Əhməd Cavad” adlı elmi seminar təşkil edilib. Bu barədə ShimalNews 18 noyabr tarixində ADPU-nun Quba filialına istinadən xəbər verir.

ADPU-nun filialında keçirilən tədbir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunub.

Seminarda şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Daha sonra onun şeirləri ifa edilib, şairin həyat və yaradıcılığını əks etdirən təqdimat nümayiş etdirilib, şeirlərinin sözlərinə bəstələnən musiqilər səsləndirilib.

Elmi seminar yüksək təntənə ilə sona çatıb və xatirə şəkli çəkdirilib.