Quba-Xaçmaz yolunda sürücülər üçün çaşqınlıq yaradan hal aradan qaldırılıb. Bu barədə ShimalNews 18 noyabr tarixində xəbər verir.

Dünən məlumat vermişdik ki, Zərdabi qəsəbəsi ərazisində döngədə istiqaməti göstərən 3 nişandan biri əks tərəfə yönəlmişdir.

Müvafiq qurumlar tərəfindən məsələ nəzarətə götürülüb və bir neçə saata aradan qaldırılıb.

Həmçinin bildirilib ki, əvvəldən nişan düz quraşdırılmışdır. Bu halın yaranma səbəbi araşdırılıb və lazımi tədbirlər görüləcək.