Qusarda ailə sağlamlıq mərkəzlərinin yararsız vəziyyətdə olması Milli Məclisdə səsləndirilib. Bu barədə ShimalNews 18 noyabr tarixində məlumat verir.

Bu məsələni plenar iclasda Qusar rayonundan olan deputat Azər Badamov səsləndirib. O bildirib ki, Həzrə və İmanqulu kəndlərində yerləşən sağlamlıq mərkəzləri 1950-ci ildə tikilib:

“Qeyd edim ki, bu layihələrin həyata keçirilməsi elə də böyük vəsait tələb etmir, müvafiq qurumların vəsaiti hesabına da həyat keçirmək olar”.