İsmayıllı rayon sakini ağır avtomobil qəzasına düşüb, ölən var. Bu barədə ShimalNews 18 noyabr tarixində Qafqazinfo-ya istinadən xəbər verir.

Hadisə Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisində qeydə alınıb. 32 yaşlı Emil Əkbərlinin idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

Nəticədə Əkbərli, onun 22 yaşlı həyat yoldaşı Suğra və onların qızı ilə oğlu ağır xəsarətlər alıblar. Məlumata görə, Emil “Azərişıq” ASC-də rəis vəzifəsində çalışıb. O, bir neçə gün əvvəl Bakıya təyinat alıb. Hadisə də o, ailəsi ilə birgə paytaxta gələrkən baş verib.

Faktla bağlı araşdırma aparılır.