İsmayıllının Təzəkənd kəndində icra başçısı Nahid Bağırov səyyar qəbul keçirib. Bu haqda ShimalNews 18 noyabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat verir.

Görüşdə hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-nin əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Sakinlərin müraciətləri dinlənilib. Onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Bəzi müraciətlər yerindəcə həll edilib.

Vətəndaşlarla görüşdən sonra qəbul iştirakçıları M. Əzimov adına Təzəkənd kənd tam orta məktəbində İsmayıllı şəhidlərinin xatirəsinə həsr olunmuş sərgiyə baxış keçirib, şəhid Cahan Məmmədzadənin xatirəsinə inşa olunmuş bulağı ziyarət ediblər.