Alban kilsəsi Xaçmaz şəhərində yerləşir. Bu məbəd dünya xristianlarının ən qədim 30 kilsəsindən biri hesab edilir.

Kilsənin bünövrəsi Azərbaycan Respublikasının ərazisində hökm sürən Qafqaz Albaniyasının zamanında qoyulub. Beləliklə, Qafqaz Albaniyasının hökmdarı III Vaçaqan 498-ci ildə Aquen kilsə məclisini çağırtdırır. Bu hadisədən sonra xristian dinini yaymaq üçün ölkə ərazisində kilsələrin tikintisinə başlanılır. Həmin vaxt tikilən ilk kilsələrdən biri məhz bu kilsə olub.

XIX əsrdə məbəddə yenidənqurma işləri aparılıb və kilsə şərq memarlıq üslubunda inşa olunub.

Məbəd 1836-cı ilə qədər Alban kilsəsi kimi fəaliyyət göstərib. Lakin həmin ildə Rusiya çarı I Nikolayın əmri ilə Alban katolikosluğu ləğv edilir və məbəd ermənilərin idarəsinə verilir.

Məbəd kərpicdən inşa olunub və hündürlüyü 15 metr təşkil edir. Kilsə bir zaldan və səkkiz hücrədən ibarətdir.

Məbəd yerli əhəmiyyətli memarlıq abidəsi hesab edilir.

İstinad edilən mənbələr: